Yay transfer mövsümünün son günü İtaliyanın "Yuventus" klubu sonuncu transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, klub "İnter"in braziliyalı yarımmüdafiəçisi Hernanez ilə razılığa gəlib. "Qoca sinyora" bu transfer üçün qarşı tərəfə 11 milyon avro ödəyib. Futbolçu həkim müayinəsindən keçdikdən sonra onunla 3 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Yuventus" bundan əvvəl Dybala, Zaza və Mandzukiçi heyətinə qatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə