Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" (Ağdam) - "Seltik" (Şotlandiya) oyununun yeri və vaxtı dəqiqləşib.
UEFA-nın saytı xəbər verir ki, Bakıda keçiriləcək görüş avqustun 5-də saat 21:30-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Şotlandiyada keçiriləcək ilk oyun iyulun 29-da Bakı vaxtı ilə 23:45-də "Seltic Park" stadionunda oynanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB