"Bakıda keçirilən birinci Avropa Oyunları çox gözəl təşkil olunub. Biz idmançılar yaradılan şəraitdən son dərəcə razıyıq". Bunu SİA-ya türkiyəli idmançı Hasan Başkurtac deyib.
"Azərbaycan bizim qardaş ölkəmizdir. Biz burada özümüzü evimizdəki kimi hiss edirik. İdmançılar üçün yaradılan şərait çox mükəmməldir. Bizə göstərilən diqqətə və yaradılan şəraitə görə təşəkkürümüzü bildiririk. Ötən gün açılış mərasimində möhtəşəm bir performasın şahidi olduq. Bu qədər möhtəşəm olacağını heç gözləmirdik. Bir sözlə hər şey çox super idi" - deyə, idmançı fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB