"Bakı-2015"in güləş yarışları başlayıb

"Bakı-2015"in güləş yarışları başlayıb

"Bakı-2015" I Avropa Oyunlarının güləş yarışlarına start verilib. SİA-nın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda bu gün 59, 71, 80 və 98 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Ölkəmizi 59 kq-da Elman Muxtarov, 71 kq-da Rəsul Çunayev, 80 kq-da Rafiq Hüseynov, 98 kq-da Orxan Nuriyev təmsil edir.

Güləşçilərimizin nəticələrini saytımızda dərc edəcəyik.

Qeyd edək ki, "Bakı-2015"in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Güləş yarışları iyunun 18-dək keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə