Qan donorları arasında futbol çempionatı keçiriləcək

Qan donorları arasında futbol çempionatı keçiriləcək

"14 İyun - Ümumdünya Qan Donorları Günü" münasibəti ilə iyunun 6-dan 12-dək qan donorları arasında futbol turniri keçiriləcək. SİA-nın məlumatına görə, turnir Azərbaycan Kikboksinq Federasiyasının və "Layf" Xeyriyyə İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində baş tutacaq. Yarışda qan donorlarından ibarət 16 komanda iştirak edəcək. Futbol turnirinə müxtəlif dövlət qurumları və özəl şirkətlərin komandaları qatılacaq.

Turnirin keçirilməsinin məqsədi mütəmadi, könüllü qan donorluğunun və sağlam həyat tərzinin təbliğidir. Yarışın açılış mərasimi iyunun 6-da saat 14:00-da Azərbacan-Türk Futbol Klubunun meydançasında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə