Güləşçilərimiz Moskvada yarışacaqlar

Fevralın 7-8-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Olimpiya çempionu B.Qureviçin xatirəsinə həsr olunmuş güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandamızın üzvləri də iştirak edəcək.

Böyük məşqçi Bəhram Mürvətov və məşqçi İslam Cəfərovun rəhbərliyi altında 10 güləşçimiz Moskvaya yollanıb. Heyətdə Elşad Məmmədov (42 kq), Zaur Nuriyev (46 kq), Pərvin Abdullayev (50 kq), Xancavad Məcidzadə (54 kq), Kamran Mirzəliyev, Kənan Cəfərov (hər ikisi 58 kq), İbrahim Cəfərov (63 kq), Ülvi Qənizadə (69 kq), Aslan Məmmədov (76 kq) və Camal Feyziyev (100 kq) yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə