AZAL-ın heyəti üçün bayram süfrəsi təşkil olunub

AZAL-ın heyəti üçün bayram süfrəsi təşkil olunub

Dekabrın 21-də keçiriləcək "Xəzər-Lənkaran" - AZAL oyunundan sonra istirahətə yollanacaq AZAL PFK-nın fubolçu və məşqçi heyəti rəhbərliklə görüşüb. SİA-nın məlumatına görə, qeyri-rəsmi xarakter daşıyan görüşdə komanda üzvlərinə bayram ziyafəti verilib. Tədbirdə Fikrət Hüseynov klub rəhbərliyi adından bütün futbolçuları, məşqçiləri təbrik edib: "Baş məşqçi Tərlan Əhmədovun istəyinə əsasən sizinlə görüşüb, bayramlaşmagı özümüzə borc bildik. "Xəzər-Lənkəran"la oyundan sonra hamı istirahətə yollanacaq. Ona görə də indidən sizlərlə bayramlaşmağı özümüzə borc bildirk. Hamınızın Yeni İlini təbrik edir və uğurlar arzulayırıq."

Tədbirdə, həmçinin doğum gününü qeyd edən komandanın mətbuat xidmətinin əməkdaşı Elvin Yaqubov da təbrik edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə