Arif Əsədov: "İkinci hissədə biz daha üstün idik"

Arif Əsədov: "İkinci hissədə biz daha üstün idik"

"Meydançaya qələbə arzusu ilə çıxmışdıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının IX turunda keçirilən "Neftçi" - "İnter" görüşündən sonra meydan sahibi komandanın baş məşqçisi Arif Əsədov deyib. O, qarşılaşmanı belə şərh edib: "Bilirdik ki, "İnter" qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik.

Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik".

Qeyd edək ki, "Neftçi" - "İnter" qarşılaşması 0:0 hesabı ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə