Vurğun Fərəczadə "Neftçi" və "Kəpəz"in rəhbərliyindən üzr istədi
Bir müddət öncə mediada "Neftçi" klubunun gənc futbolçusu, icarə əsasında "Kəpəz" klubunda oynayan Vurğun Fərəczadənin avtomobili yüksək sürətlə idarə etməsi, sosial şəbəkədəki profilindən şəkil və video paylaşması barədə xəbərlər yayılmışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də məsələnin araşdırılacağını qeyd etmişdi. SİA-nın məlumatına görə, Sportmedia.az-a açıqlama verən V. Fərəczadə hadisəni belə şərh edib: "İlk növbədə məxsus olduğum "Neftçi", çıxış etdiyim "Kəpəz" klubunun rəhbərliyindən və azarkeşlərdən üzr istəyirəm. Hadisəyə gəlincə, şəkil indi deyil, çoxdan, azı 3 ay bundan öncə, istirahət vaxtı çəkilmişdi. Səhvimi anlayıram, mən də cavanam. Amma bunu ictimailəşdirmək düzgün deyil. Kimsə bunu qəsdən edib. Mən elə insan deyiləm ki, özümü biabır edim. Səhvimi cavanlığıma bağışlasınlar. Bir də belə halların təkrarlanmasına yol verməyəcəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB