Millimiz Ukrayna və Belçika yığmaları ilə qarşılaşacaq

Millimiz Ukrayna və Belçika yığmaları ilə qarşılaşacaq

Serbiyada keçiriləcək futzal üzrə "Avro-2016"nın əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı komandalar müəyyənləşib.

Bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, millimiz Ukrayna, Belçika yığmaları və ilkin seçmə mərhələnin "A" qrupunun qalibi olacaq komanda ilə birgə 4-cü qrupda yer alıb. İlkin seçmə mərhələnin "A" qrupunda Yunanıstan, Bolqarıstan, Danimarka və Cəbəllüttariq milliləri mübarizə aparacaq.

Millimizin yer aldığı qrupun oyunları Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə