“Həyatım idman, idman həyatımdır" layihəsinə start verildi FOTO

“Həyatım idman, idman həyatımdır" layihəsinə start verildi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Həyatım idman, idman həyatımdır" adlı layihənin icrasına başlanılıb. SİA-nın məlumatına görə, layihə Gənclər Fondunun elan etdiyi V qrant müsabiqəsinin C kateqoriyası üzrə qalib olub. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Elgün Aslanov onun məqsəd və məramından söhbət açıb.

Diqqətə çatdırılıb ki, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi dünyanı düşündürən ən əhəmiyyətli məsələlərdən biridir. Gənclərin vətənpərvər ruhda tərbiyəsində idmanın rolu əvəzsizdir. Gənclərimizin sağlam ruhda böyüməsini istəyiriksə, hər şeydən öncə biz onların fiziki sağlamlığına diqqət yetirməliyik. Bunun üçün uşaqların kiçik yaşlarından fiziki cəhətdən inkişafına diqqət yetirmək əsas şərtlərdən biridir.

Bildirilib ki, layihənin əsas məqsədi Azərbaycanda, eləcə də ölkəmizdən kənarda idman sahəsində uğur qazanan gəncləri, həmçinin idman veteranlarını gənclərə tanıtmaq, bununla gənclərin idmana olan həvəsini, marağını daha artırmaqdır.

Digər çıxış edənlər bu tip layihələrin böyük önəm kəsb etdiyini bildiriblər. O da vurğulanıb ki, layihə çərçivəsində idmançı gənclərin həyatından, qazandıqları uğurlardan bəhs olunacaq filmlərin hazırlanması gəncləri idmana yönəldəcək, onların bu sahəyə olan marağını daha da güclənəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə