“Zolotıye peski - 2014” şahmat turnirində birinci turun oyunları keçirilib

“Zolotıye peski - 2014” şahmat turnirində birinci turun oyunları keçirilib

Bolqarıstanda şahmat üzrə III Beynəlxalq "Zolotıye peski-2014" şahmat turnirinə start verilmişdir. Turnirdə Azərbaycanı Müşfiq Əsgərov (2192), Eldar Musayev (2169) və Nail Bəşirli (1983) təmsil edir.

Birinci turda şahmatçılarımızın hər üçü uduzmuşdur. İkinci turda N.Bəşirli Bolqarıstan şahmatçısı Mariya Velçeva ilə, M.Əsgərov Ukrayna nümayəndəsi Mikola Kiriçenko ilə, E.Musayev isə almaniyalı Kristina Lennars ilə qarşılaşacaqdır.

İsveçrə sistemi üzrə keçirilən, 9 turdan ibarət olan turnirdə 34 ölkədən 169 oyunçu, o cümlədən 36 qrossmeyster iştirak edir.

Turnirin qalibləri iyunun 18-də məlum olacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə