Maqnus Karlsen: "Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq"

Maqnus Karlsen: "Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq"

"Shamkir Chess 2014" turnirində ardıcıl iki qələbə qazanan Maqnus Karlsen 3-cü turda Sergey Karyakinlə heç-heçədən sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. SİA-nın məlumatına görə, dünya çempionu hesabat turundakı oyunu ilə bağlı bunları deyib: "Debütdən sonra hər ikimiz nəticəyə oynayırdıq. Mürəkkəb oyun alınmışdı. Sona yaxın daha uğurlu gediş yox idi. Ona görə heç-heçə münasib nəticə oldu. Ardıcıl ikinci dəfə 6 saata yaxın mübarizə apardım. Bu partiyaya görə heç-heçə yaxşı nəticədir".

Rusiya təmsilçisi Sergey Karyakin isə Maqnus Karlsenlə görüşə 5 saat hazırlaşdığını söyləyib: "Yaxşı başlasamda, 17-ci gedişdən sonra təhlükələr başladı. Karlsen məni məğlubiyyətə sürükləyirdi. Onunla oyuna 5 saat hazırlaşmışdım. Bununla belə oyun zamanı bəzi gedişləri edəndə çətinlik çəkdim. Heç-heçə normal nəticədir. Fikrimcə, növbəti partiya haqda daha ciddi düşünmək lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə