21-23 mart 2014-cü il tarixində Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edəcək.
Yunan-Roma güləşi üzrə yarışlarda yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Orxan Məmmədli (66 kq), Hacımurad Bağmanov (74 kq), İslam Abbasov (84 kq), Türmən Eyyubov, Orxan Nuriyev (hər ikisi 96 kq) və Hacımurad Çöpsiyev (120 kq) təmsil edəcək.
Gənc qızların mübarizəsində Türkan Nəsirova (44 kq), Şəfəq Muradzadə (48 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq) və Raqnetta Qurbanzadə (67 kq) qüvvələrini sınayacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarov rəhbərlik edəcək.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Bolqarıstana 10 sərbəst güləşçi yollanacaq. Heyətdə Arif Hüseynov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Vurğun Əliyev, Abdulmuslim Muxuddinov, Kənan Əliyev, Nurməhəmməd Hacıyev, Çermen Baqayev, Səid Həmidov və Cahid Həsənzadə yer alıb.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimlər Vaqif Cəlilov və Zakir Məmmədov ölkəmizi təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB