Millimiz ABŞ yığması ilə qarşılaşacaq

Millimiz ABŞ yığması ilə qarşılaşacaq

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Siasport.az saytının məlumatına görə, millimiz mayın 27-də San-Fransisko şəhərində ABŞ yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Oyunun başlanma saatı və stadion hələ ki, məlum deyil.

Hazırda FIFA-nın reytinq cədvəlində13-cü pillədə olan ABŞ milli komandası 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında Almaniya, Portuqaliya və Qana yığmaları ilə birgə G qrupunda mübarizə aparacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə