Berti Foqts: "Əsas məqsədimiz ev oyunlarında rəqiblərimizi məğlub etmək olacaq"

Berti Foqts: "Əsas məqsədimiz ev oyunlarında rəqiblərimizi məğlub etmək olacaq"

Fransanın Nitsa şəhərində keçirilmiş Avro-2016-nın püşkatma mərasimindən sonra Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, püşkün nəticəsi haqqında danışıb: "Püşkün nəticəsini normal qiymətləndirirəm. Əlbəttə, daha asan qrupa da düşmək olardı. Amma digər ehtimalı da unutmaq olmaz ki, püşk daha çətin qrupda da mübarizə aparmağımıza səbəb ola bilərdi. Əsas məqsədimiz ev oyunlarında rəqiblərimizi məğlub etmək olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə