Berti Foqts "Avro-2016"nın püşkatmasına qatılacaq

Berti Foqts "Avro-2016"nın püşkatmasına qatılacaq

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Fransaya gedəcək. Siasport.az saytı xəbər verir ki, alman mütəxəssis, fevralın 23-də Fransanın Nitsa şəhərindəki "Akropolis" konfrans sarayında 2016-cı ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində iştirak edəcək. Bu barədə AFFA-nın rəsmi saytı da məlumat yayıb. Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə