Yunan-Roma güləşçilərimiz İstanbulda yarışacaq

Yunan-Roma güləşçilərimiz İstanbulda yarışacaq

1-2 fevral 2014-cü il tarixində İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş güləş üzrə 32-ci beynəlxalq turnir keçiriləcək. Siasport.az saytının məlumatına görə, Ahmet Cömert Spor Salonunda təşkil olunacaq turnirdə yunan-Roma güləşi üzrə yığma komandamız da iştirak edəcək.

Turnirdə 10 pəhləvanımızın iştirakı gözlənilir. Məşqçilər korpusu bu dəfə Eldəniz Əzizli (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov (85 kq), Saman Təhmasibi (98 kq) və Sabah Şəriətiyə (130 kq) şans verəcək.

Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

Turnirin proqramına əsasən, fevralın 1-də 59, 71, 80 və 98 kq, fevralın 2-də isə 66, 75, 85 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Final görüşləri Bakı vaxtı ilə hər gün saat 19.00-da başlayacaq və "TRT-spor" kanalı ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə