Ramin Musayev AFFA nümayəndələri və hakim-inspektorlarla görüşüb

Ramin Musayev AFFA nümayəndələri və hakim-inspektorlarla görüşüb

AFFA-nın inzibati binasında hakim-inspektor və AFFA nümayəndələri üçün iki günlük seminar keçirilir. Siasport.az saytının məlumatına görə, bu gün başa çatacaq seminarda Topaz Premyer Liqası, Birinci divizion və əvəzedici komandaların çempionatına təyinat alan 70 hakim-inspektor və AFFA nümayəndəsi iştirak edir. Seminarda çıxış edən Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim-inspektor və AFFA nümayəndələrinin yarışların ikinci dövrəsinə hazırlığı ilə maraqlanıb və onlara uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə