Yanvar ayının 5-dən etibarən Türkiyənin Antalya şəhərində qış təlim-məşq toplanışna start verən "Xəzər Lənkəran" dünən keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub. Siasport.az saytının məlumatına görə, komanda bu gün səhər saatlarında məskunlaşdığı "Ela Quality Resort" otelini tərk edərək Antalya-İstanbul-Bakı aviareysi ilə Vətənə yola düşəcək. Bakıda "Modern" otelində toplaşacaq komanda istirahət etmədən fevral ayının 1-də "Qarabağ" klubu ilə Premyer Liqa matçının hazırlığına start verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB