"Bakı" "Qarabağ"la qarşılaşıb

"Bakı" "Qarabağ"la qarşılaşıb

Futbol üzrə U-19 liqasında qış fasiləsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, bu müddətdə çempionata hazırlığı davam etdirən müvafiq yaş qrupu üzrə "Bakı"nın U-19 komandası Fransanın "Lans" klubunun bazasında təlim-məşq toplanışı keçib. Artıq kollektiv Vətənə dönüb.

Bu həftə isə U-19 liqasında 12-ci turun görüşləri baş tutub. Komanda bu gün doğma meydanda "Qarabağ"ı qəbul edib. Gərgin keçən qarşılaşma baş məşqçi Qəhrəman Əliyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Bakı"nın heyətində Əzəmət Qazayev dublla yadda qalıb. Digər qolu isə Müşfiq İlyasov rəqib qapısından keçirib.

Hazırda 1 oyunu ehtiyatda olan "Bakı" 26 xalla turnir cədvəlinə başçılıq edir.


Xatırladaq ki, komanda növbəti tur - yanvarın 29-da evdə "Rəvan"la üz-üzə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə