"Xəzər Lənkəran"ın əvəzedici heyəti: iki dövrənin yekunu STATİSTİKA

Ötən həftə "Sumqayıt" üzərində 4:0 hesablı qələbə ilə təqvim ilinə yekun vuran "Xəzər Lənkəran" əvəzediciləri qış fasiləsinə 4-cü pillədə yollanırlar. Siasport.az saytı klubun rəsmi saytında dərc olunan statistikanı diqqətinizə çatdırır:

18 turdan sonra

"Xəzər Lənkəran" məhsuldarlığa görə əvəzedicilər çempionatında ikincidir - 37 qol.

Gənc futbolçular 9 ev oyununda 5 qələbə qazanıb, 2 dəfə heç-heçə edib və 2 dəfə məğlub olub. Lənkəranda keçirilən oyunlarda top nisbəti - 20:8.

Elbrus Məmmədovun yetirmələri səfərdə 4 qələbə qazanıb, 4 dəfə məğlub olub və bir oyunda heç-heçə edib. Səfərdə top nisbəti - 17:17.

18 tur ərzində ən böyük hesablı qələbəni əvəzedicilər 4-cü turda evdə "Neftçi" üzərində qazanıb - 6:1. Digər böyükhesablı qələbələr: "Bakı" (səfər), 4:1; "Sumqayıt" (ev) 4:0.

Mövsümün ilk yarısında komandanın ən məhsuldar oyunçusu Fikrət Ulduzludur. Forvardın aktivində 5 qol var. Kazım Kazımlı və Elnur Cəfərov hərəyə 4 qol vurublar, Bəhruz Teymurov, Anar Babazadə və kapitan Elvin Mirzəyev isə 3 dəfə fərqlənə biliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...