Azərbaycan Voleybol Mərkəzində qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının sonuncu turunda Bakının "İqtisadçı" komandası Serbiyanın "Srvena Zvezda" kollektivini qəbul edib. Siasport.az saytının məlumatına görə, finlandiyalı baş hakim Ahti Huntaniskanın idarə etdiyi oyun 3:1 hesabı ilə "İqtisadçı"nın xeyrinə başa çatıb.
Hesabında 13 xal olan Moskvanın "Dinamo" komandası qrup cədvəlinə liderlik edir. İtaliyanın "Rabeççini" komandası 12 xalla ikinci, "İqtisadçı" 8 xalla üçüncü pillədə yer alıb. "Srvena Zvezda" kollektivinin isə hesabında xal yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB