Futbol hakimlərimizin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib

Futbol hakimlərimizin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib

Azərbaycanın futbol hakimlərinin qış təlim-məşq toplanışını keçirəcəyi məkan müəyyənləşib. Siasport.az saytının məlumatına görə, bu barədə Futbol11.az saytına AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib. O bildirib ki, hakimlər Antalyanın Lara bölgəsində yerləşən "Miracle" otelində məskunlaşacaqlar. Toplanış isə yanvarın 13-də başlanıb, 27-də bitəcək. Hakimlər toplanış çərçivəsində tanınmış klubların oyunlarını idarə edəcəklər.

Qeyd edək ki, hakimlər ötən qışda da məhz bu oteldə məskunlaşmışdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə