Con Toşak istefaya göndərildi

"Bakı" - "Xəzər Lənkəran" (3:0) matçından sonra keçirilən klubdaxili iclasda "Xəzər Lənkəran" komandasının baş məşqçisi Con Bencamin Toşak istefa verib. Siasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis "Xəzər Lənkəran"da çalışdığı müddətdə ona yaradılan şəraitdən razılığını ifadə edərək, alınan nəticələrə görə şəxsən özünün məsuliyyət daşıdığını bildirib və istefa verib. Con Toşakın istefasından sonra komanda Covanni Melkiorrenin rəhbərliyi altında məşqçilər korpusuna həvalə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə