Fransa prezidenti idmançılara güzəşt etməyəcəyini açıqladı

Fransa prezidenti idmançılara güzəşt etməyəcəyini açıqladı

Fransa prezidenti Fransua Olland, ölkənin Peşəkar Futbol Klublar Birliyinin (UCPF) ağır vergilərə etiraz olaraq çempionat oyunlarını dayandırmaq qərarına münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, Fransa lideri qanunun hamı üçün eyni olduğunu önə çəkərək, idmançılara güzəşt etməyəcəyini elan edib. Ölkə başçısı qanunun hamı üçün eyni olduğunu bildirib: "Bu qanun qüvvəyə minəndə hamı üçün eyni olacaq. Bu bizə ölkədəki futbol klublarının vəziyyətini müzakirə etməyə mane olmur. Amma qanunlara hamı tabe olmalıdır". Qeyd edək ki, Fransada 2014-cü ildən il ərzində 1 milyon avrodan çox qazanan gəlirinin gəlirinin 75 faizini vergi olaraq ödəməlidir. UCPF isə buna etiraz olaraq 1-ci və 2-ci liqada cari mövsümdə 29 noyabrdan 2 dekabradək nəzərdə tutulmuş qarşılaşmaları keçirməyəcəklərini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə