Hafiz Məmmədov Falkao ilə görüşdü FOTO

Hafiz Məmmədov Falkao ilə görüşdü FOTO

Oktyabrın 18-də Monakonun "Hotel de Paris" otelində "Monako" klubunun kolumbiyalı ulduzu Radomel Falkao "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovla görüşüb. Siasport.az saytının məlumatına görə, dünya şöhrətli forvard bu görüşə gənc ailəsi və 2 aylıq körpəsi ilə gəlib. Falkao H.Məmmədovla dostluq münasibətlərinə xüsusi qiymət verdiyini bildirib və "Atletiko"nun qazandığı uğurlarda H.Məmmədovun xüsusi payının olduğunu diqqətə çatdırıb. "Monako"nun ulduzu Bakıda keçirdikləri 2 günü, uşaqlara öyrətdikləri "master-klass"ı, qala-gecəni, xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevlə ünsiyyəti daim xoş xatirə ilə yada saldığını bildirib.

Görüşün sonunda Radomel Falkao "Monako"nun formasını H.Məmmədova hədiyyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə