Sabah futbol üzrə "DÇ-2014" çərçivəsində Türkiyə millisi ilə qarşılaşacaq Hollandiya yığmasında maraqlı yerdəyişmə baş verib. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, baş məşqçi Luis Van Qaal, "Mançester Yunayted"in ulduz futbolçusu olan Robin Van Persini əsas heyətdən kənarlaşdırıb. Təcrübəli futbol mütəxəssisi, V.Persinin yerinə hücum xəttində "Fənərbaxça"nın futbolçusu Diyk Kuyt və "Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyderə yer verəcək. Türkiyə mətbuatı xəbər verir ki, əgər bu fakt təsdiqlənərsə, o zaman "ay ulduzluların" işi bir qədər asanlaşacaq. Çünki V.Persi Hollandiya millisinin "vuran ayaqı" sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB