"Qalatasaray"ı məğlub et, 10 min avro qazan!

"Qalatasaray"ı məğlub et, 10 min avro qazan!

Bazar günü keçiriləcək "Beşiktaş"-"Qalatasaray" derbisi ilə bağlı yeni xəbər ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, İstanbul derbisində əzəli rəqibini devirəcəyi təqdirdə "Beşiktaş" futbolçularına böyük mükafat vəd edilib. Türkiyənin nüfuzlu "Milliyet" qəzeti xəbər verir ki, "qara qartalların" rəhbərliyi "Qalatasaray" klubu üzərindəki qələbə üçün hər futbolçuya 10 min avro mükafat vəd edib. Qəzet yazır ki, artıq rəhbərliyin qərarı komandanın kapitanı Fernandesin vasitəsi ilə bütün futbolçulara çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə