"Qəbələ" açılış oyununda "Real"la qarşılaşacaq

"Qəbələ" açılış oyununda "Real"la qarşılaşacaq

Məşhur portuqaliyalı mütəxəssis Joze Mourinyonun adını daşıyan beynəlxalq turnirdə iştirak məqsədilə "Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandasının İspaniyaya yollanması ilə bağlı xəbər vermişdik. Siasport.az saytının məlumatına görə,"Real", "Barselona", "Atletiko", "Yuventus" kimi tanınmış komandaların iştirakı ilə baş tutacaq turnirin qrup oyunlarının vaxtı müəyyənləşib. "Qırmızı-qaralar" sabah açılış matçında "Real"la üz-üzə gələcəklər. Oxucularımızı I qrupda yer alan "Qəbələ"nin oyun qrafiki ilə tanış edirik:

I Qrup

20 sentyabr

13:00 "Real" (Madrid, İspaniya) - "Qəbələ"

14:30 "Qəbələ" - "Jef Yunayted" (Yaponiya)

20:15 Los Anceles Akademiyası (ABŞ) - "Qəbələ"

21:45 "Qəbələ" - "IFK Stoksund" (İsveç)

21 sentyabr

13:45 "Akademika Koimbra" (Portuqaliya) - "Qəbələ"

Qeyd edək ki, saatlar Bakı vaxtı ilə göstərilib. Komandalar qruplarda tutduqları yerə görə çıxışlarını davam etdirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə