"Neftçi" PFK Avropa Klublar Assosiasiyasının həqiqi üzvünə çevrilib
"Neftçi" PFK son illərdə qazandığı nəticələr sayəsində Avropa Klublar Assosiasiyasının (ECA) həqiqi üzvünə çevrilib. Siasport.az saytının məlumatına görə, assosiasiya İsveçrənin Cenevrə şəhərində tədbir keçirib. Tədbirdə "Neftçi" PFK-nı klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Gündüz Abbaszadə təmsil edib. Mərasimdə Avropa klublarının inkişaf perspektivləri və fəaliyyəti barədə müzakirələr aparılıb. Assosiasiyanın iclasında qitənin bəzi klubları mükafatlara layiq görülüb. Almaniyanın "Bavariya" klubu ilin ən yaxşı futbol klubu seçilib. Ən yaxşı inkişafa görə təsis edilmiş mükafat "Borussia" Dortmund klubunun nümayəndələrinə təqdim edilib. Belçika təmsilçisi "Genk" ən yaxşı sosial layihə, İtaliyanın "Yuventus" klubu isə ən yaxşı infrastruktur icraçısı mükafatlarına yiyələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB