Azərbaycanı Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarında təmsil edəcək qadınlardan ibarət "Azərreyl" komandası yeni mövsümə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, Avrokubokda Serbiyanın "Partizan" kollektivi ilə qarşılaşacaq sabiq "Azəryol" komandası təlim-məşq toplanışına Bakıda başlayacaq. Komanda bundan sonra Türkiyəyə səfər edəcək və burada bir turnirdə qüvvəsini sınayacaq.
Baş məşqçi Aleksandr Çervyakovun rəhbərlik etdiyi "Azərreyl"in artıq sınaqçı rəqiblərindən birinin adı məlumdur. Bursada keçiriləcək yarışda komanda "Bursa Böyükşəhər Bələdiyyəspor" və hələ adı dəqiqləşməyən iki türk klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, Bakı klublarından hələlik "Rabitə", "Telekom" və "Lokomotiv" yeni mövsümün hazırlıqlarına başlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB