Cari Avroliqada oyunlarında "Qarabağ"ın heyətində 5 qol vuran Reynaldo da Silva Bundesliqada yarışan "Hoffenhaym" klubunun maraq dairəsinə düşüb.
Siasportun verdiyi məlumata görə, yay transfer pəncərəsinin bitməsinə az qalmış alman klubu "Qarabağ"dan Reynaldo və ya "Vest Hem Yunayted"dən Rikardonu transfer etmək istəyir.
"Kicker" nəşri isə yazıb ki, Reynaldo Silva Avropa Liqasında beş, Azərbaycan Premyer Liqasında isə cari mövsümdə üç qol vurub. Alman jurnalistlər braziliyalı futbolçunun "Ayntraxt"la Avroliqanın pley-off mərhələsinin təkrar matçında da fərqləndiyini və bu mövsüm uğurlu çıxış etdiyini yazıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB