"Liverpul" "Mançester Yunayted"i məğlub edib liderliyə yüksəldi

"Liverpul" "Mançester Yunayted"i məğlub edib liderliyə yüksəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında III tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, bu turda əsas diqqətlər heç şübhəsiz ki, "Liverpul" və "Mançester Yunayted" arasında keçirilən derbiyə yönəlmişdi. Yeni mövsümə yeni heyətlə və ardıcıl qələbələrlə başlayan, öz köhnə şöhrətini geri qaytarmaq üçün mübarizə aparan "Liverpul"un son çempion qarşısında hansı nəticə göstərəcəyi böyük maraqla gözlənilirdi. Qarşılaşma boyu prinsipial və əzmkar oyun nümayiş etdirən meydan sahibləri, belə demək mümkünsə "Mançester Yunayted"in hücumçularına göz açmağa imkan vermədilər. Xüsusi ilə meydanda Roben van Persinin yoxluğu ilə varlığı belə bilinmirdi. "Liverpul", elə 4-cü dəqiqədə Staricin vurduğu qol hesabına əzəli rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib.



31 avqust

İngiltərə Premyer Liqası, III tur

"Mançester Siti" - "Hall Siti" - 2:0
Qollar:
Neqredo, 65 (1:0), Ture, 90 (2:0)

"Kardiff Siti" - "Everton" - 0:0

"Vest Hem" - "Stok Siti" - 0:1
Qol:
Pennant, 82 (0:1)

"Norviç" - "Sauzhempton" - 1:0
Qol:
Redmond, 68 (1:0)

"Nyukasl" - "Fulhem" - 1:0
Qol:
Ben Arfa, 86 (1:0)

"Kristal Palas" - "Sanderlend" - 3:1
Qollar:
Qabbidon, 9 (1:0), Fletçer, 64 (1:1), Qayl, 79-pen (2:1), O'Kifi, 90 (3:1)

1 sentyabr

"Vest Bromviç" - "Suonsi" - 0:2
Qollar:
Miçu, 61 (0:1), Hernandez, 83 (0:2)

"Liverpul" - "Mançester Yunayted" - 1:0
Qol:
Staric, 4 (1:0)

"Arsenal" - "Tottenhem" 1:0
Qol: Qriud, 23 (1:0)





S Komandalar O Q H M Xal
1. Liverpul 3 3 0 0 9
2. Çelsi 3 2 1 0 7
3. Mançester Siti 3 2 0 1 6
4. Arsenal 3 2 0 1 6
5. Stok Siti 3 2 0 1 6
6. Tottenhem 3 2 0 1 6
7. Mançester Yunayted 3 1 1 1 4
8. Vest Hem 3 1 1 1 4
9. Norviç 3 1 1 1 4
10. Souzhempton 3 1 1 1 4
11. Kardif 3 1 1 1 4
12. Nyukasl 3 1 1 1 4
13. Kristal Palas 3 1 0 2 3
13. Aston Villa 3 1 0 2 3
15. Everton 3 0 3 0 3
16. Suonsi 3 1 0 2 3
17. Fulhem 3 1 0 2 3
18. Hull Siti 3 1 0 2 3
19. Sanderland 3 0 1 2 1
20. Vest Bromviç 3 0 1 2 1


Bütün xəbərlər Facebook səhifəmizdə