Braziliyalı hücumçu Velliton dünən Braziliyanın "San-Paulu" klubunun tərkibində məşqlərə qatılıb. Bu barədə Siasport məlumat verir. 2007-2013-cü illərdə Moskvanın "Spartak" klubunda çıxış edən futbolçu bu ilin fevralında bir illik icarə əsasında Braziliyanın "Qremio" klubuna verilib. O, 2009-2010-cu illər sezonunda Rusiya çempionatının bombardiri olub.
"San-Paulu" klubu hazırda Braziliya çempionatının turnir cədvəlində 15 turdan sonra 18-ci yerdədir. 7 oyunda məğlub olan komanda cəmisi 3 oyunda qələbə qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB