“Beşiktaş” 3 xalı 4 qolla qazandı

“Beşiktaş” 3 xalı 4 qolla qazandı

Türkiyə Superliqasında II turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, son oyun günündə 2 qarşılaşma keçirilib.

"Trabzonspor" öz meydanında "Rizəspor"la qarşılaşıb. Qara dəniz bölgəsinin derbisi hesab olunan qarşılaşma ev sahiblərinin qələbəsi ilə başa çatıb.

Növbəti oyunda isə "Beşiktaş" Superliqanın yeni təmsilçisi "Ərciyəsspor"un qonağı olub. İstanbul klubu rəqibinə 4:2 hesabı ilə qalib gəlib.

"Trabzonspor" - "Rizəspor" - 2:1

Adrian Myerzejevski, 3, F. Maluda, 49 – T. Köse, 40

"Ərciyəsspor" - "Beşiktaş" - 2:4

B. Veminks, 11 (pen.), Y. Öztekin, 41 – M. Fernandes, 23, G. Töre, 51, Eskude, 65, Almeyda, 88.

Bütün xəbərlər Facebook səhifəmizdə