Bu gün keçiriləcək 3 oyunla Topaz Premyer Liqasında II tura yekun vurulacaq
Bu gün keçiriləcək 3 oyunla Topaz Premyer Liqasında II tura yekun vurulacaq. Siasport.az saytının xəbərinə görə, günün ilk qarşılaşması Qəbələdə baş tutacaq.
Mövsümə məğlubiyyətlə başlayan "İnter" saat 18:00-da eyniadlı komandanın qonağı olacaq.
Bu oyun başa çatdıqdan sonra isə daha 2 qarşılaşmaya start veriləcək. Avropa Liqasının pley-off mərhələsinə yüksələn "Qarabağ" "Bakcell Arena"da "Sumqayıt"ı qəbul edəcək.
Avropa Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırmış "Xəzər Lənkəran" isə Hayfa "Makkabi"sinə 0:8 hesablı yenilgidən sonra doğma arenada ilk oyununa çıxacaq. Cənub təmsilçisi Zaqatalnın "Simurq" klubu ilə üz-üzə gələcək.
11 avqust (bazar)
18:00. "Qəbələ" – "İnter"
20:00. "Xəzər Lənkəran" – "Simurq"
20:00. "Qarabağ" – "Sumqayıt"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB