İngiltərənin "Arsenal" klubunun və Kot-d-İvuar yığmasının hücumçusu Jervinyonun "Roma" klubuna keçidi reallaşmaq üzrədir. Siasportun İtar-Tass agentliyinə istinadən verdiyi xəbərə görə, futbolçunun yaxın günlərdə komanda ilə müqavilə bağlaması gözlənilir. Razılaşma 4 il müddətinə hesablanıb. Onun "Roma"ya transferi 8 milyon avroya başa gələcək. İllik əmək haqqı isə 2,7 milyon avro təşkil edəcək.
Qeyd edək ki, 2012-13 – cü sezonunda Jervinyo İngiltərə çempionatında 18 oyunda iştirak edib və 5 qol vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB