"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, dünən Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Makedoniyanın "Metallurg" klubuna qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, Ağdam klubunun baş məşqçisi 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları söyləyib: "Bizim qarşılaşmamızın birinci hissəsi başa çatdı. İsti olduğundan oynamaq çətin idi. Bu gün əsas hədəfimiz qol buraxmamaq idi. Bakıda işimiz daha asan olacaq. Bizi orda daha maraqlı oyun gözləyir. Hər şeyə rəğmən, rəqibimiz ciddi komandadı. Onlar nəticəyə oynamağı bacarırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB