"Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir"

"Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir"

Bakının "Neftçi" futbol klubunun baş məşqçisi Böyükağa Hacıyev, dünən Rusiya "Volqa"sı ilə keçirilən qarşılaşmadan sonra maraqlı açıqlamalarla çıxış edib.Siasport.az saytı xəbər verir ki, "ağ qaraların" baş məşqçisi klubun saytına verdiyi açıqlamada komandanın hazırlıq prosesi barədə danışıb: "Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışır. Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi məni sevindirir. Əminəm ki, yeni gələn hücumçular da Nikolas Kanalesin yoxluğunu unutduracaqlar. İnanıram ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyunumuzadək tam hazır olacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə