"İnter" in siyahısı bəlli oldu

"İnter" in siyahısı bəlli oldu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter" iştirak ərizəsini UEFA-ya göndərib. Siasport xəbər verir ki, Finlandiyanın "Mariehamn" klubu ilə qarşılaşacaq bank təmsilçisi siyahıya 26 futbolçunun adını daxil edib.

Onlardan İvan Benitez, Laşa Salukvadze, Matiya Şpiçiç, Mikel Alvaro, Flavio Bek, Aleksandr İaşvili və Vaqif Cavadov komandanın yayda heyətinə qatdığı futbolçulardır.

"İnter"in siyahısında 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi, 5 hücumçu var.

Qeyd edək ki, iştirak ərizəsində 25 futbolçu olduğundan, "İnter"in gürcüstanlı baş məşqçisi Kaxaber Tsxadadze iyulun 4-də finlərlə Bakıdakı ilk oyuna qədər 1 nəfərin adını siyahıdan çıxarmalıdır.

Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov.
Müdafiəçilər: 2. Azər Salahlı, 3. Laşa Salukvadze, 4. İvan Benitez, 7. Ruslan Əmircanov, 14. İlqar Ələkbərov, 15. Matija Spiçiç, 29. Ruslan Cəfərov, 20. Brüs Abdulaye, 87. Camal Hacıyev.
Yarımmüdafiəçilər: 5. Slavko Georgiyevski, 8. Mikel Alvaro, 10. Daniel Genov, 11. Asif Məmmədov, 13. Mirsahib Abbasov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 77. Flavio Bek, 91. Coşqun Diniyev.
Hücumçular: 9. Aleksandr İaşvili, 6. Samir Zərgərov, 17. Ramil Mansurov, 28. Baçana Tsxadadze, 70. Vaqif Cavadov.

Bütün xəbərlər Facebook səhifəmizdə