"Fənərbağça" onu "yıxan" futbolçunu transfer edir

"Fənərbağça" onu "yıxan" futbolçunu transfer edir

"Fənərbağça"nın prezidenti Əziz Yıldırım "Benfika"nın hücumçusu Oskar Kardozonu transfer etmək istəyir.

Siasport xəbər verir ki, Avropa Liqasının yarımfinalında bu komanda ilə qarşılaşan və Kardozonun dublu ilə məğlub olan "Fənər" ulduz futbolçunu sıralarına qatmaqda israrlıdır. "Benfika" bu transfer üçün 15 milyon avro istəyirsə, Türkiyə təmsilçisi 10 milyon verəcəyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə