Burak Anjiyə yox dedi

"Qalatasaray"ın forvardı Burak Yılmaz "Anji"nin təklifini rədd etdi. Siasport xəbər verir ki, Maxaçqala klubu Türkiyə yığmasının 27 yaşlı forvardı Burak Yılmaza ilinə 7 milyon avroya 5 illik müqavilə təklif etmişdi, lakin Burak təklifi rədd edib. Mənbənin məlumatına görə, forvarda "Atletiko" Madrid 20 milyon verməyə hazırdır.

Qeyd edək ki, Türkiyə çempionatında Burak Yılmaz 28 oyunda 22 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə