Jon Terri: "Mourinyonu "Çelsi"də görmək xoş olardı"

Jon Terri: "Mourinyonu "Çelsi"də görmək xoş olardı"

İngiltərənin "Çelsi" futbol klubunun kapitanı olan Con Terri, keçmiş baş məşqçisi olan Joze Nourinyo barədə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "zadəğanların" təcrübəli forvardı "Marça"ya verdiyi müsahibədə bildirib ki, portuqaliyalı futbol mütəxəssisi ilə yenidən bir komandada çalışmağı çox arzu edir: "O "Çelsi"də elə bir sistem qoyub getdi ki, hələ də onun xiffətini çəkirik. Bütün komanda onunla yenidən birgə çalışmağı çox arzu edir. Şəxsən mən onunla birgə çalışmaqdan zövq alırdım. O öz fəlsəfəsini bizə aşılamışdı. Amma təəsüf ki, onun "Real" ilə müqaviləsi davam edir. Buna hörmət eləməliyik. Amma yenidən onu "Çelsi"də görmək çox xoş olardı."

Bütün xəbərlər Facebook səhifəmizdə