Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində AZAL-la keçirilən matçdan sonra bir günlük istirahətə buraxılan "Xəzər Lənkəran", dünəndən etibarən məşqlərini bərpa edib. Siasport idman portalının məlumatına görə, dünən axşam saatlarında bərpa məşqini keçirən "ağ yaşıllar" bu gün səhər əsas meydanda günün ilk məşqini keçirib. Bir saat davam edən məşqdə futbolçular məşqçilər korpusunun verdiyi taktiki çalışmaları yerinə yetiriblər. Axşam daha bir məşq prosesi keçəcək cənub təmsilçisi, sabah oyun öncəsi son məşqinə çıxacaq.
Hazırda "Xəzər Lənkəran"ın heyətində Adrian Skarlatake və Vanderson Skarduelli zədədən əziyyət çəkir. Digər müdafiəçi Elnur Allahverdiyev isə son turda qırmızı vərəqə aldığından komandasına kömək edə bilməyəcək.
Xatırladaq ki, 29-cu tur çərçivəsində "Xəzər Lənkəran"ın rəqibi Gəncənin "Kəpəz" klubudur.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB