Qurban Qurbanov: "Ağır oyun oldu..."

Qurban Qurbanov: "Ağır oyun oldu..."

Topaz Premyer Liqasının 28-ci turunda "Qarabağ" səfərdə "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. Siasport idman portalı baş məşqçilərin fikirlərini təqdim edir:

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Ağır oyun oldu, vacib qələbə qazandıq. Komanda sona kimi mübarizə apardı. Rəqib yaxşı oyun göstərdi, komandada irəliləyiş var".

Luis Araqon, "Qəbələ" klubunun məşqçisi: "Rəqibi qələbə ilə təbrik edirəm. İki fərqli hissə izlədik. İlk hissədə yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. "Qarabağ"ın ikinci qolundan sonra isə futbolçular ruhdan düşdü. Bizim üçün vacib oyun idi, təəssüf ki, qələbə qazana bilmədik"

Bütün xəbərlər Facebook səhifəmizdə