34-cü oyun STATİSTİKA

Azərbaycan Premyer Liqasının 28-ci turunun qarşıdan gələn "Neftçi" - "İnter" görüşü hər iki komanda üçün sayca 34-cü olacaq. Siasport idman portalının məlumatına görə, bunadək komandalar bir-biri ilə 33 dəfə qarşılaşıb. İyirmi beş oyun çempionat çərçivəsində keçirilib. 8 matç isə ölkə kubokunun payına düşür. "İnter" rəqibini 9 dəfə məğlub edə bilib, "Neftçi" də 11 qələbəyə malikdir. Digər 13 oyun isə heç-heçə ilə başa çatıb. Vurulan topların fərqi "Neftçi"nin xeyrinədir - 31:29.

Komanda

O

Q

H

M

Toplar

"Neftçi"

33

11

13

9

31-29

"İnter"

33

9

13

11

29-31

Komandalar ilk dəfə 2004-cü ilin oktyabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "İnter"in meydanında baş tutmuş həmin görüşdə meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Komandaların qarşılaşmasında ilk qolun müəllifi hazırda "İnter"də çıxış edən müdafiəçi Vladimir Levin olub.

Xatırlardaq ki, bu mövsüm "Neftçi" və "İnter" 3 dəfə üz-üzə gəliblər. "Şəfa" stadionunda keçirilmiş ilk görüşü 1:1 hesabı ilə yekunlaşıb. Daha sonra keçirilən 2 görüş isə "ağ-qaraların" üstünlüyü ilə başa çatıb - 2:0 və 1:0. "Neftçi" - "İnter" oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 33 görüşün 9-da qeydə alınıb. "Neftçi" - "İnter" qarşılaşmaların tarixində ən böyükhesablı nəticə isə 3:0 olub. 2010-cu ildə Azərbaycan Kuboku çərçivəsində keçirilmiş görüş "İnter"in məhz bu hesablı qələbəsi ilə başa çatıb.

Bunadək komandaların keçirdiyi oyunların cədvəlini diqqətiniə çatdırırıq:

Mövsüm

Oyun

Hesab

Qollar müəllifləri

2004/05

"İnter"-"Neftçi"

2-1

36’V.Levin, 61’Elş.Məmmədov – 90+3’S.Udenkvor

2004/05

"Neftçi"-"İnter"

0-0

---

2004/05

"İnter"-"Neftçi"

0-0

---

2004/05

"Neftçi"-"İnter"

1-1

31’Z.Tağızadə – 2’D.Axtyamov

2005/06

"Neftçi"-"İnter"

1-1

89’ T.Mişura – 81’E.Məmmədov

2005/06

"İnter"-"Neftçi"

0-1

55’B.Subaşiç

2006/07

"Neftçi"-"İnter"

0-1

53(aq)’M.Şükürov

2006/07

"İnter"-"Neftçi"

0-1

73’G.Adamiya

2007/08

"İnter"-"Neftçi"

0-0

---

2007/08

"Neftçi"-"İnter"

2-0

27’D. Kruqlov, 78’B. Subaşiç

2007/08

"Neftçi"-"İnter"

2-2

2’ B. Subaşiç, 6’J.Karlson- 37‘ 79‘ V.Guglemon

2007/08

"İnter"-"Neftçi"

1-0

57’ C. Hüseynov

2008/09

"Neftçi"-"İnter"

1-3

83(p)’M. Dafçev- 25(p)’V. Quqlemon, 44’ D. Assioli, 64’ A. Rubin

2008/09

"İnter"-"Neftçi"

2-2

51’66’ V.Quqlemon-25’ S.Stefanov,45’V.Olefir

2009/10

"Neftçi"-"İnter"

2-1

21’V.Guglemon, 76’S.Əliyev-66’R.Poşkus

2009/10

"İnter"-"Neftçi"

1-0

87’G.Karlsons

2009/10

"Neftçi"-"İnter"

0-3

49’88’R.Poşkus, 72’D.Odikadze

2009/10

"İnter"-"Neftçi"

1-1

45’B.Çervenka-77(p)’A.Neaga

2009/10

"İnter"-"Neftçi"

2-1

27’A.Məmmədov, 54’G.Karlsons-83’(P)M.Aliuta

2009/10

"Neftçi"-"İnter"

1-0

10’C.Hüseynov

2010/11

"İnter"-"Neftçi"

0-2

33’B.Nasimov, 50’ Flavinyo

2010/11

"Neftçi"-"İnter"

1-1

83’E.Mpenza – 61’P.Zlatinov

2010/11

"İnter"-"Neftçi"

1-1

2’R.Poşkus- 86(p)’Flavinyo

2010/11

"Neftçi"-"İnter"

0-0

---

2011/12

"Neftçi"-"İnter"

0-1

34’B.Tsxadadze

2011/12

"İnter"-"Neftçi"

2-1

63’ B.Tsxadadze, 71’ İ.Kandelaki - 41’ R.Abdullayev

2011/12

"İnter"-"Neftçi"

1-2

45’B.Çervenka – 5’ S.Georgiyevski, 77’ R.Əmircanov

2011/12

"Neftçi"-"İnter"

2-1

5‘B.Nəsimov, 12’S.Georgiyevski – 43(aq)’ R.Abışov

2011/12

"İnter"-"Neftçi"

0-0

---

2011/12

"Neftçi"-"İnter"

1-0

22’C.İmamverdiyev

2012/13

"İnter"-"Neftçi"

1-1

75’İ.Niasse – 11’ N.Kanales

2012/13

"Neftçi"-"İnter"

2-0

49’ N.Kanales, 90(aq)’ V.Abramidze

2012/13

"İnter"-"Neftçi"

0-1

31’ J.Vobay

Azərbaycan çempionatında "İnter"ə qarşı keçirilən ev oyunlarında "Neftçi" üstünlüyə malikdir. Belə ki, 13 görüşün 6-da "Neftçi" rəqibini məğlub edib, 3 matçda "İnter" daha üstün olub, qalan 4 qarşılaşmada heç-heçə qeydə alınıb. Bu qarşılaşmalarda top fərqi də "Neftçi"nin xeyrinədir - 13:10.

Maraqlıdır ki, tarix ərzində 2 futbolçu Valter Quqlemon və Cavid Hüseynov "Neftçi" - "İnter" oyunlarında hər iki komandanın heyətində fərqləniblər. Ümumiyyətlə, uruqvaylı hücümçu Valter Quqlemon "Neftçi" - "İnter" qarşıdurmaların ən sərrast futbolçusudur. O, "İnter"in heyətində çıxış edərkən "Neftçi"yə qarşı keçirilmiş oyunlarda rəqibin qapısına 5 dəfə yol tapa bilib.

Qeyd edək ki, "Neftçi" - "İnter" matçı sabah saat 18:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə