"Qalatasaray" Alper Potuk üçün nə qədər ödəyəcək?

"Qalatasaray" Alper Potuk üçün nə qədər ödəyəcək?

İstanbulun "Qalatasaray" futbol klubu, mövsümün sonu yaxınlaşdıqca transfer işlərinə start verməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi, "Eskişehirspor"da forma geyən Alper Potuk üçün klubuna rəsmi təklif göndərib. Bu barədə "Miliyyet"ə "Eskişehirspor"un rəsmi nümayəndəsi Erdal Şahbaz bildirib. O eyni zamanda qeyd edib ki, A.Potuk ilə "Qalatasaray"dan başqa digər klublar da maraqlanırlar. Lakin rəsmi təkliflə "cim bom" müraciət edib. Futbolçunun dəyərinə gəlincə, "Miliyyet" A.Potuk üçün 6,5 milyon avro transfer haqqının mövcud olduğunu yazır.

Bütün xəbərlər Facebook səhifəmizdə