Bu gün Şəmkirdə "Xəzər-Lənkaran" ilə üz-üzə gələcək "Kəpəz"in əvəzedici heyətini baş məşqçinin köməkçisi Azər Məmmədov meydana çıxaracaq. Siasport.az saytının məlumatına görə, buna səbəb baş məşqçi Mehman Hacıyevin Bakıda AFFA tərəfindən təşkil olunan məşqçilik kurslarına qatılmasıdır. M.Hacıyevin yoxluğunda həftənin əvvəlindən futbolçuları sözü gedən oyuna məhz A.Məmmədov hazırlayıb. Cənublular ilə oyun öncəsi əvəzedicilərin son məşqi Gəncə şəhər stadionunun əsas meydanında baş tutub. Hazırlıq prosesi gözlənildiyi kimi uzun sürməyib.
Qeyd edək ki, A.Məmmədov heyət ilə bağlı ciddi problemin olmadığını və komandanın oyuna tam hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB