Dünən keçirilən "Real"-"Qalatasaray" oyunundan sonra İstanbul klubunun azarkeşləri ilə Madrid polisi arasında gərginlik yaşanıb. Siasport.az saytı Türkiyənin idman nəşrlərinə istinadən xəbər verir ki, "Real" azarkeşlərindən sonra meydandan çıxmalarına icazə verilən "Qalatasaray" azarkeşləri, 0:3 hesablı məğlubiyyəti həzm etməyərək, polislə qarşıdurmaya giriblər. İspaniya polisinin kəskin müdaxiləsindən sonra azarkeşlərlə polis arasında böyük toqquşma olub. Türkiyə mətbuatı yazır ki, iğtişaşlarda iştirakına görə onlarla "Qalatasaray" azarkeşi yaralanıb, bir çoxu isə nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB